SON DƏQİQƏ! Bakıda silahlı insident zamanı yaralananların sayı artıb -

Bakının Yasamal rayonu, Şərifzadə küçəsində silahlı insident baş verib.

Metbuat.az xəbər verir ki, 1989-cu il təvəllüdlü Muradov Zülfü mübahisə etdiyi naməlum şəxs tərəfindən tapança ilə güllələnib.

Yaralı vəziyyətdə olan Muradov Zülfü öz avtomobili ilə xəstəxanaya gəlib.

Həkimlərin müayinəsindən sonra məlum olub ki, yaralı sinə nahiyəsindən üç güllə yarası alıb.

O, dərhal əməliyyata götürülüb. Faktla bağlı araşdırma aparılır.

***

Bakının Yasamal rayonunda baş vermiş silahlı insident zamanı yaralananların sayı artıb.

Məlumatına görə, "Niva" markalı avtomobildə daha bir nəfər - sərnişin İlkin Babayev də güllələnib.

Bildirilir ki, o, xəsarətini diz nahiyəsindən alıb. İ.Babayev xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR