Həkimdən biabırçılıq - Tələbə qızların

Bartın vilayətində ailə sağlamlıq mərkəzində işləyən həkim 50 yaşlı Dr. K.Ü evinin yanındakı mənzildə yaşayan iki universitet tələbəsi qızın tualetinə gizli kamera yerləşdirib. Bundan xəbər tutan qızlar polisə məlumat verib.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, saxlanılan həkim ifadəsində günahını etiraf etdikdən sonra sərbəst buraxılıb. Həkim bu hadisədən sonra məzuniyyətə çıxıb.

Ancaq K.Ü haqqında Səhiyyə Nazirliyində inzibati istintaq başladılıb. Həkimin evində olan kamera və kompüteri sübut kimi götürülüb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR