Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alan var -

Oğuz rayonunda yol qəzası baş verib.

Metbuat.az xəbər verir ki, "report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Calut kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı yük avtomobili ilə "Nissan" markalı minik avtomobili toqquşub. Nəticədə bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR