Nazirlikdən təcili yardımın hadisə yerinə gecikməsi xəbərinə reaksiya

Səhiyyə Nazirliyi təcili tibbi yardım avtomobilin hadisə yerinə gec gəlməsi barədə məlumata münasibət bildirib.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, sosial şəbəkələrdə Nobel prospektində avtomobil qəzası baş verən əraziyə təcili tibbi yardım avtomobilinin 40 dəqiqəyə çatması barədə yayılan məlumat həqiqətə uyğun deyil:

"Təcili Tibbi Yardımın dispetçer xidmətinə hadisə ilə əlaqədar ilk çağırış saat 10:45 daxil olub, saat 11:00-da hadisə yerinə çatan həkim briqadası dispetçer mərkəzi ilə əlaqə saxlayaraq, KTM-də qapalı kəllə beyin travması alan 21 yaşlı qız və müştərək travmaları olan 43 yaşlı kişi üçün yer hazırlanmasını istəyib. Ağır vəziyyətdə KTM-ə çatdırılan yaralılara lazımı tibbi yardım göstərilib. Onların vəziyyəti ağır kimi qiymətləndirilir. Çağırışın və həkim briqadasının hadisə yerinə çatma vaxtları dispetçer xidmətinin kompüter sistemində qeydə alınıb".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR