“Report” xəbər verir ki, bu barədə Vatikanın idman naziri Melxor Sançes de Toka “Inside the Games” portalına bildirib.
Onun sözlərinə görə, bu məqsədlə Milli Olimpiya Komitəsi (MOK) təsis etməyi planlaşdırırlar: “Futbol, taekvondo, kriket oynaya bilərik. Bizim beynəlxalq federasiyalarla əlaqəli 5 və ya 6 idman növümüz olandan sonra MOK yaratmaq barədə düşünə bilərik. Paris Olimpiadasındakı paradda iştirakımız real görünür. Bunun üçün bəzi hüquqi problemləri həll etmək lazımdır”.
Qeyd edək ki, 2020-ci il Yay Olimpiya Oyunları Yaponiyanın paytaxtı Tokioda keçiriləcək.