Xalq artisti, bənzərsiz balet ustası, Dövlət mükafatı laureatı Çimnaz Babayeva dekabrın 23-də ömrünün 74-cü ilində vəfat edib.

Mədəniyyət Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Çimnaz Babayeva 1946-cı il dekabrın 23-də Bakı şəhərində anadan olub. 1964-cü ildə Bakı Xoreoqrafiya Məktəbini bitirən gənc balet artisti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasına qəbul edilib və Azərbaycanın balet ustalarından birinə çevrilib.

Allah rəhmət eləsin!

Azərbaycan mədəniyyətinə AĞIR İTKİ: Çimnaz xanım vəfat etdi -