Rusiya Federal Gömrük Xidmətinin iki yüksək vəzifəli şəxsi tutulub
Paylaş
·20 baxış·1 dəq oxu
Rusiya Federal Gömrük Xidməti İstintaq İdarəsinin rəisi, general-leytenant Aleksandr Kizlık və onun müavini Aleksey Serebro Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar. “Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Moskvanın Basman Rayon Məhkəməsinin Mətbuat Xidməti yayıb. Bildirilib ki, hər iki şəxs səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunurlar.