Qaxda baş verən yol qəzasında xəsarət alan şəxs ölüb.

Metbuat.az-ın verdiyi xəbərə görə, qəza nəticəsində xəstəxanaya yerləşdirilən, 1992-ci il təvəllüdlü Cəsarət Vəliş oğlu Əlizadə aldığı xəsarətdən orada ölüb.

***

Saat 14:50

Qaxda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün günorta saatlarında Qax-Qorağan avtomobil yolunda qeydə alınıb. Yevlax rayon sakininin idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı iki Yevlax sakini xəsarətalıb. Xəstəxanaya yerləşdirilən yaralılardan, 1992-ci il təvəllüdlü Cəsarət Vəliş oğlu Əlizadənin vəziyyəti ağır qiymətləndirilir. Digər yaralının vəziyyəti yüngül olduğundan ona ilkin yardım göstərildikdən sonra buraxılıb.

Faktla bağlı araşdırma aparılır.