[ 19 May 2015 18:14 ]


Xəsarət alanların qanlarında karboksiqemoqlobin aşkarlanıb

Bakı. Könül Kamilqızı – APA.Bakıda yaşayış binasında baş verən yanğınla bağlı xəsarət alaraq hospitalizə olunmuş şəxslərin qanları Səhiyyə Nazirliyinin Referens-laboratoriyasında qanları müayinə olunub.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müayinələr zamanı xəsarət alanlara natamam yanma məhsullarından zəhərlənmə diaqnozu qoyulub. Orta və ağır dərəcə dəm qazından zəhərlənmə nəticəsində xəsarət alanların qanlarında karboksiqemoqlobin aşkarlanıb.