Valeh Ələsgərov parlament seçkisinə qatılmır? -

Beşinci çağırış Milli Məclis sədrinin müavini Valeh Ələsgərovun 2020-ci il fevralın 9-da ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılmayacağı barədə bəzi xəbərlər yayılıb.

Metbuat.az bildirir ki, modern.az saytı yayılan xəbərləri dəqiqləşdirmək üçün Valeh Ələsgərovun özü ilə əlaqə saxlamağa çalışıb.

Valeh Ələsgərov əməkdaşımızla söhbət əsnasında bu barədə ətraflı danışmaq istəməyib:

“Seçkilərə qatılıb-qatılmamaq şəxsi məsələdir. Yaxşı olar ki, digərlərinə müraciət edəsiniz”.

Qeyd edək ki, Valeh Ələsgərov 2015-ci il noyabrın 24-dən Milli Məclisi sədrinin müavinidir.

1946-cı il oktyabrın 19-da Samux rayonunun Qarayeri qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyasının) Neft-mədən fakültəsini bitirib.

1970–1991-ci illərdə SSRİ Neft-Qaz Sənayesi Nazirliyinin «Permneft», «Azneft» istehsalat birliklərində, 1992–2005-ci illərdə «Azərneft» Dövlət Konsernində, Azərbaycan Respublikası Dövlət Neft Şirkətində çalışıb.

Əməkdar mühəndisdir. «Şöhrət» ordeni ilə təltif edilib. 2-ci dərəcəli «Vətənə xədmətə görə» ordeninə layiq görülüb.

Üçüncü və dördüncü çağırış Milli Məclisinin deputatı olub.

2015-ci il noyabrın 1-də 102 saylı Samux-Şəmkir seçki dairəsindən beşinci çağırış Milli Məclisin deputatı seçilib.

Valeh Ələsgərov heç bir partiyanın üzvü deyil. Bitərəfdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR