Almanlar hesab edir ki, ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen In və İranın ali lideri Ayətullah Əli Xamenei ilə müqayisədə daha təhlükəlidir.

Publika.az xəbər verir ki, ABŞ-ın araşdırma şirkəti olan "YouGov" bu barədə sorğu keçirib.

Sorğu Almaniyanın "DPA" xəbər egentliyinin sifarişi əsasında, 16-18 dekabrda, 2024 nəfərin iştirakı ilə keçirilib.

Nəticələrə əsasən, respondentlərin 41%-i Trampı, Rusiya, Şimali Koreya, Çin və İran liderləri ilə müqayisədə daha təhlükəli hesab ediblər. 17% Kim Çen Inı beynəlxalq təhlükəsizliyə əsas təhdid adlandırıb. Sorğuda iştirak edənlərin 8%-i Vladimir Putinlə Xameneini, 7% isə Çin rəhbəri Si Cinpini əsas təhdid kimi görüb.

Qeyd edək ki, ötən il keçirilən sorğuda respondentlərin 48%-i Trampı təhlükəsizliyə təhdid kimi görmüşdü.