Braziliyada torpaq sürüşməsi:

Braziliyanın Pernambuku əyalətində baş verən torpaq sürüşməsi nəticəsində 7 nəfər həyatını itirib. 3 yaralı var.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində çox sayda ev sıradan çıxıb. Torpaq sürüşməsinə şiddətli yağışların səbəb olduğu bildirilir.

Qeyd edək ki, Braziliyanın müxtəlif bölgələrində bir neçə gündür əlverişsiz hava şəraiti hökm sürür.

Anar / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR