İraqda silsilə terror aktları törədilib.

Metbuat.az xəbər verir ki, terror aktları nəticəsində azı 25 nəfər yaralanıb. İlk terror aktı paytaxt Bağdadın şərqində törədilib. Ardınca paytaxtın digər rayonlarında da partlayış səsləri eşidilib. Polisin məlumatına görə, 5 hücum qeydə alınıb. Hücumlar minalanmış avtomobillərin partladılmasıyla həyata keçirilib.

Hadisələrə görə hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməsə də, hücumların İŞİD terrorçuları tərəfindən təşkil olunduğu güman edilir.

Anar / Metbuat.az