Bakının Suraxanı rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, qəza aeroport şosesində qeydə alınıb.

Bir neçə minik avtomobilinin toqquşması zamanı sürücülərdən biri - 1963-cü il təvəllüdlü Bayramzadə Rafiq Əyyub oğlu xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin əzilmiş yarası, qarının küt travması diaqnozu qoyulub. Vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.