“İranın Suriya və İraqda məskunlaşmasına icazə verməyəcəyik”.
Publika.az xəbər verir ki, bu sözləri İsrail ordusunun Baş qərargah rəisi Aviv Kohavi Hersilya şəhərində təşkil edilən konfransda deyib.

General İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı Qüds Qüvvələrinin İraqa müasir silahlar yerləşdirdiyini iddia edib. Kohavi İsrail ilə İran arasında müharibə ehtimalına toxunaraq “İran ilə məhdud insident ehtimalı mövcuddur və bunun üçün hazırlaşırıq” deyib.
Qeyd edək ki, İsrailin 19 iyulda “F-35” təyyarəsi ilə İraqın Səlahəddin rayonundakı Əmirli hərbi düşərgəsində, 28 iyulda paytaxt Bağdadın şimal-şərqindəki bir hərbi düşərgədə İrana aid raket qurğuları yerləşdirilən deponuu vurduğu iddia edilmişdi. Bu iddiaya rəsmi qaydada reaksiya gəlməmişdi.
İsrail Baş naziri Benyamin Netanyahu isə avqust ayında Ukraynada verdiyi açıqlamada İraqda yerləşən İrana aid hərbi hədəflərin iyulda İsrail tərəfindən vurulduğuna işarə vermişdi. O, “İran heç bir yerdə toxunulmaz deyil” demişdi.
Zümrüd