Qadınların döydüyü təmizlik işçisi

Xəbər verdiyimiz kimi, Ağcabədi rayonunda iki qadın təmizlik işçisi olan kişini döyüblər.

Metbuat.az xəbər verir ki, unikal.org hadisənin təfərrüatını öyrənib.

Qadınların döydüyü şəxs Mamedov Elnur İsa oğludur. O, işdə olarkən bacısının əri və baldızları ona yaxınlaşıblar. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Mübahisəyə səbəb isə Elnurun bacısının ailədaxili probleminin olmasıdır. Sonda qadınlar Ağcabədi rayon Kommunal Təsərrüfat Birliyinin işçisini döyməyə başlayıblar. Davada xəsarət alan Elnur Mamedov Ağcabədi rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR