Azərbaycan, Bakı, 19 may /Trend/

Bank VTB-nin (Azərbaycan) “Sahil” filialı fəaliyyətinin bir ilini qeyd edir.

Bankdan Trend-ə verilən məlumata görə, fəaliyyət göstərdiyi bu il ərzində filial bütün əsas göstəricilər üzrə artım nümayiş etdirib.

Filialın kredit portfelinin həcmi 10 mln. manatı ötüb ki, ümumi kredit portfelində də əsas pay bankın tərəfdaş şirkətlərinin əməkdaşlarına ayrılan kreditlərin üzərinə düşüb – 8,3 mln. manat.

Bundan başqa, kredit strukturunda nağd və girovlu istehlak kreditləri böyük yer tutub. Belə ki, kredit portfelində nağd kreditlər 844 min manat, girovlu istehlak kreditləri isə təqribən 805 min manat təşkil edib.

Filial depozit portfeli üzrə də yüksək göstəricilər nümayiş etdirib. “Sahil” filialı tərəfindən cəlb olunan əmanətlərin ümumi həcmi 6 mln. manat təşkil edib.

“Sahil” filialının direktoru Böyükağa Məmmədov bildirib: “Filialımızın fəaliyyətinin ilk nəticələrinə yekun vuraraq bildirmək istərdim ki, bütün seqmentlər üzrə sabit nailiyyətlər əldə olunub. Bu il ərzində “Sahil” filialı fiziki şəxslərə geniş spektrdə bank xidmətləri təqdim edib. Biz, nail olduqlarımızla kifayətlənmək niyyətində deyilik, müştəri bazamızı genişləndirməyə və müştərilərimizə yüksək xidmət göstərməyə davam edəcəyik”.

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az