Pərviz Müşərrəf barəsində edam hökmünün ləğv olunması üçün müraciət edib

Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf Lahor Ali Məhkəməsinə müraciət edərək barəsində çıxarılan edam hökmünün ləğv olunmasını istəyib.

Metbuat.az “İndia Today”a istinadən xəbər verir ki, xüsusi məhkəmə tərəfindən dekabrın 17-də 76 yaşlı P.Müşərrəf iqtidarda ikən qanunsuz olaraq fövqəladə səlahiyyətləri mənimsəməklə Konstitusiyanı pozmaqda, vətənə xəyanətdə təqsirli bilinərək edam cəzasına məhkum etmişdi.

Sabiq dövlət başçısı müraciətində bu qətnamənin tələm-tələsik, onun ali məhkəməyə barəsindəki qərarı dayandırmaq haqqında müraciət etdiyi vaxt çıxarıldığını, ona qarşı şəxsi qisas məqsədi daşıdığını bildirib.

Müalicə üçün xaricə getmək icazəsi Pakistan Ali Məhkəməsi tərəfindən 2016-cı ildə ləğv edildikdən sonra Dubayda yaşayan general P.Müşərrəf 1999-cu ildə seçilmiş Nəvaz Şərif hökumətini devirib iqtidara gəlmiş, 2007-ci ildə fövqəladə vəziyyət elan edərək bir sıra yüksək vəzifəli hakimi ev dustağı etmişdi. 2013-ci ildə iqtidara qayıdan N.Şərif P.Müşərrəfi vətənə xəyanətdə ittiham etmiş, rəsmi ittiham isə 2014-cü ildə irəli sürülmüşdü.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR