“Beşiktaş” əzmkar qələbə qazanıb

Türkiyə Super Liqasında XVII tur start götürüb.

Metbuat.az-ın məlumatına görə, I dövrənin son turunun ilk oyun günündə bir matç baş tutub.

Günün yeganə qarşılaşması İstanbulda keçirilib. Mükafatlara iddialı “Beşiktaş” çempionatın ortababı “Gənclərbirliyi”ni sınağa çəkib.

Görüşdə hesabı Ankara təmsilçisi açıb. “Ağ-qaralar” yalnız fasilədən sonra öncə hesabda tarazlıq yaradıb, ardınca 3 qol vuraraq böyükhesablı əzmkar qələbə qazanıb.

Qeyd edək ki, turun digər oyunları dekabrın 28-29-da keçiriləcək.

Türkiyə Super Liqası
XVII tur
27 dekabr
“Beşiktaş” – “Gənclərbirliyi” – 4:1
Vida, 49, Nikoudou, 60, Özyakup, 74, Hatçinson, 90 - Ayite, 24


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR