Qiymətli əşyalarınız seyfdə, özünüz istirahətdə! (FOTO)

Qiymətli əşyalarınız seyfdə, özünüz istirahətdə! (FOTO)
11:29 28 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Ölkənin aparıcı banklarından biri olan Expressbank, bayram günlərini evdən kənar keçirmək istəyənlərə, dəyərli əşyaların təhlükəsizliyini düşünməyə tövsiyə edir.

Expressbank-dan Trend-ə verilən məlumata görə, qızıl-zinət əşyalarınızı, qiymətli kağızlarınızı, pulunuzu, mühüm sənədləri və digər qiymətli nəsnələri güvəndə saxlamaq istəyirsinizsə, Expressbank-da bank seyflərinin icarə xidmətindən faydalana bilərsiniz.

Hər zaman müştərilərin etibarlı tərəfdaşı olan Expressbank-ın təklif etdiyi bu xidmətdən fiziki şəxslərlə yanaşı, hüquqi şəxslər də yararlana bilər. Seyflərin icarə qiyməti seyflərin ölçülərinə və icarə müddətinə görə dəyişir. Yusif Vəzir Çəmənzəminli küç., 134C ünvanında yerləşən filialda Expressbank bir neçə ölçüdə və 1, 3, 6, 12 aylıq icarə müddətinə qutular təklif edir. Bu barədə daha ətraflı https://www.expressbank.az/deposits/bank-safe-boxes linkdən tanış ola bilərsiniz:

Bank seyfləri Bankın etibarlı mühafizəsi altında olan bir qutudur. Sizin sənədləriniz və ya zinət əşyalarınız orada olarkən, rahat istirahət edə bilərsiniz – onların təhlükəsiz və etibarlı saxlanılmasını bank öz üzərinə götürür. Qutunun tərkibi haqqında məlumat tam məxfi qalacaq, öz əşyalarınızı və pullarınızı isə siz bankın iş saatları çərçivəsində istədiyiniz zaman qutudan götürə bilərsiniz.

Pərakəndə və biznes bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3170507.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR