[ 19 May 2015 21:56 ]
Zeynal Nağdəliyev və Kəmaləddin Heydərov yanmış binaya baxış keçiriblə
Bakı. Fərahim Qasımov-APA Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyev və fövqəladə hallar naziri Kəmaləddin Heydərov Binəqədi rayonu ərazisində yanan binanın ərazisinə gəliblər.
APA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, Zeynal Nağdəliyev və Kəmaləddin Heydərov yanmış binaya baxış keçiriblər.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacibala Abutalibov son vəziyyətlə bağlı onları məlumatlandırıb.
Rəsmmilərə yanğinin fəsadları barədə tərtib olunmuş aktlar təqdim olunub.