Gənc uşaqlıqda onu zorlayan din xadimini amansızlıqla qətlə yetirdi

Gənc uşaqlıqda onu zorlayan din xadimini amansızlıqla qətlə yetirdi
18:12 28 Dekabr 2019
118 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın Uaza departamentində 19 yaşlı gənc pedofiliyada günahlandırılan Roma-katolik kilsəsinin keşişini öldürüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Aleksandr adlı gənc qətldə istifadə etdiyi xaçı birbaşa olaraq 91 yaşlı keşiş Rocer Matassolinin ağzına sancıb.

Keşişin cəsədini polis əməkdaşları tapıb. O, hava çatışmazlığından ölüb.

Aleksandr V. polis əməkdaşları tərəfindən saxlanılıb. O, işgəncə, qətl və polisə müqavimət göstərməkdə ittiham olunub. Ekspertiza nəticəsində qatildə psixi pozuntular aşkarlanıb.

Qətlə yetirilən Matassolinin 1960-2000-ci illərdə dörd oğlana qarşı seksual xarakterli hərəkətlər etdiyi, Aleksandrın isə məhz həmin uşaqlardan biri olduğu ehtimal olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/814133.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR