Bibiheybət yolu sabah açılacaq (FOTO)

Bibiheybət yolu sabah açılacaq (FOTO)
13:50 30 Dekabr 2019
54 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı öncəsi Bibiheybət yolunda hərəkətin bərpası nəzərdə tutulub.

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, ən azı 2 hərəkət zolağı enində yolda hərəkətin bərpası üçün hazırda ərazidə işlər aparılır, yol asfaltlanır.

Asfalt-beton örtüyünün döşənməsinin bu gecə yekunlaşdırılması, 31-i səhər saatlarında yolda xətlənmə işlərinin aparılması və yol kənarına dəmir-beton təhlükəsizlik sədlərinin quraşfıtılması nəzərdə tutulur.

31 dekabr günün ikinci yarısından isə yolda hərəkətin bərpası planlaşdırılır.

Qeyd edim ki, ərazidə gələcəkdə bu iimi hadisələrin baş verməməsi üçün tikinti-bərpa işləri davam etdirilir, svay əsaslı istinad divarları inşa edilir, yeni drenaj və yağış-kanalizasiya sistemi qurulur. İşlərin tam olaraq 2020-ci ilin I rübündə yekunlaşdırılması nəzərdə tutulub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3171575.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR