UEFA VAR-da radikal dəyişiklik istəyir - "Burnu uzun olduğu üçün ofsayda düşür"

UEFA VAR-da radikal dəyişiklik istəyir - "Burnu uzun olduğu üçün ofsayda düşür"
16:22 30 Dekabr 2019
86 İdman
Ölkə mətbuatı
A- A+

UEFA-nın prezidenti Aleksandr Çeferin VAR (Video assistant referee) sistemi ilə bağlı dəyişiklik edilməsini istəyir.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, qurum rəhbəri UEFA-nın elit baş məşqçilərinin seminarında Zinəddin Zidan, Pep Qvardiola, Yurgen Klopp, Karlo Ançelotti, Massimilyano Alleqri kimi mütəxəssislərlə fikir mübadiləsi aparıb. Çeferin VAR-la bağlı bunları deyib: "VAR ekranında oyunçuların dayandıqları yerlərə görə qərar verilir. Bir oyunçunun ayaqqabısının ölçüsü böyük və ya həmin şəxsin burnu uzundursa, oyundankənar vəziyyət qeydə alınır".

Sloveniyalı funksioner gələn il fevralın 29-u Beynəlxalq Futbol Birliyinin iclasında bu məsələni müzakirəyə çıxaracağını deyib. O, VAR-da müəyyən dəyişikliklərin lazım olduğunu bildirib.

UEFA hər komandaya bir oyun üçün iki dəfə VAR-dan şikayət etmək haqqı verməyi düşünür. Bu hüquqdan komandanın baş məşqçisi istifadə edəcək. Hakim baş məşqçinin etirazından sonra ekrana gedib epizodu izləməli olacaq.

Beynəlxalq Futbol Birliyi UEFA-nın təklifini müzakirəyə çıxaracaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/814678.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR