Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bölgələrdə yaşayan uşaqlara Yeni il hədiyyələri çatdırılıb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bölgələrdə yaşayan uşaqlara Yeni il hədiyyələri çatdırılıb
18:29 30 Dekabr 2019
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın bölgələrində yaşayan uşaqlara Yeni il hədiyyələri çatdırılıb.

Trend-in məlumatına görə, Azərbaycanın sevimli milli nağıl qəhrəmanı "Cırtdan" şən musiqi sədaları altında Xızı, Quba, Siyəzən, Şabran, Yevlax, Astara, Lerik, Ağcabədi, Şəki, Qax, Lənkəran, Masallı, Zaqatala, Balakən, Ucar, Zərdan rayonlarının balaca sakinlərinə bayram sovqatları paylayıb.

Eyni zamanda şən animatorlar uşaqları öz məzəli oyunları ilə sevindiriblər.

Qeyd edək ki, Leyla Əliyevanın bu təşəbbüsü hətta Azərbaycanın ən ucqar rayonlarındakı uşaqlara belə yeni il ərəfəsində böyük xoşbəxtlik və bayram əhval-ruhiyyəsi bəxş edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3171795.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR