Budapeşt hava limanı yeni rekorda imza atıb

Budapeşt hava limanı yeni rekorda imza atıb
22:57 30 Dekabr 2019
102 Dünya
Ölkə mətbuatı
A- A+

Bu günlərdə Ferens List adına Budapeşt beynəlxalq hava limanı yeni rekorda imza atıb: hər il yanvarın 1-dən hesablanan aeroport daşımaları tarixində ilk dəfə olaraq 16 milyon sərnişin qeydə alınıb.

Hava limanının sərnişin axını hələ noyabrın sonunda ötənilki göstəricini (14,9 milyon nəfər) üstələmişdi. Beləliklə, bu il hava məkanı vasitəsilə əvvəlki ilə nisbətən 1 milyon çox sərnişin keçib. Bununla yanaşı, aeroportun trafiki Avropa İttifaqı ölkələri üzrə orta göstəricini yenidən üstələyib.

Milli.Az xəbər verir ki, aeroportun mətbuat xidmətində AZƏRTAC-a bildiriblər ki, 2019-cu ildə Budapeştdən birbaşa uçuşların təşkil olunduğu şəhərlərin sayında 16 faiz artım baş verib. Təkcə bu il həm yeni, həm də bu vaxtadək reyslərin mövcud olduğu şəhərlərə 33 yeni reys açılıb. Sərnişinlərin təqribən 200 marşrut arasında seçim etmək şansı var. Hazırda aeroportun tərəfdaşları olan aviaşirkətlər 2020-ci il üçün daha 16 yeni reysin istifadəyə veriləcəyini elan ediblər.

Uzaq məsafəyə olan reyslərin sayı da əhəmiyyətli dərəcədə artıb: indi Pekin, Çikaqo, Doha, Dubay, Nyu-York, Filadelfiya, Şanxay, Seul, Toronto kimi şəhərlərə də birbaşa uçmaq mümkündür.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/814665.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR