İranın Hormuzqan əyalətində 5,4 bal gücündə zəlzələ baş verib.
Metbuat.az-ın məlumatına görə, yeraltı təkanların episentri Qələ Qazi bölgəsində, ocağı isə 20 kilometr dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Daha sonra Hormuzqan əyalətinin Təxt bölgəsində 4.3 bal gücündə ikinci zəlzələ qeydə alınıb. /APA