Vilner atelyesi bumerlər üçün elektrokar hazırlayıb - FOTO

Vilner atelyesi bumerlər üçün elektrokar hazırlayıb - FOTO
10:05 31 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Bolqarıstanda fəaliyyət göstərən Vilner atelyesi Tesla Model 3 elektrokarı üçün təkmilləşdirmələr proqramını təqdim edib. Elektromobilin asketik salonunun tərtibatında yun parçadan, ağac və "qaz pəncəsi" naxışından istifadə edilib.

Milli.Az autograph.az-a istinadən bildirir ki, salon tərtibatında boz, firuzəyi və karamel rənglərindən istifadə olunub. Atelye nümayəndələri bu rənglərin "insanı ev paltarı kimi bürüyən unikal rahatlıq, səssizlik və heyranedici qonaqpərvərlik atmosferini" yaratdığını sğyləyirlər. Tüner, qarşısında "rəqəmsal əsrin" avtomobilinə keçmiş günlərə xas olan, "rahatlıq və idealizmlə dolu" unikal bir incəlik vermək vəzifəsinin dayandığını bildirib.

Tətbiq edilmiş üslubun bumerlərə - 1946-1964-cü illər arasında dünyaya gəlmiş nəslə xoş gələcəyi söyləmk olar. Qeyd etmək lazımdır ki, "qaz pəncələri" naxışlarına Porsche 901 kimi klassik modellərlə yanaşı, hibrid aqreqata malik olan ultramüasir Dynamiq GTT 115 superyaxtasında da rast gəlmək olar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/809953.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR