Dövlət Akkreditasiya Xidməti 76 qurumu uyğunluğun qiymətləndirilməsi üzrə akkreditasiya edib

07:08 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 17 yanvar, AzərTAc
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti tərəfindən 2014-cü il ərzində 76 qurum uyğunluğun qiymətləndirilməsi üzrə akkreditasiya edilib.
Komitədən AzərTAc-a bildiriblər ki, bunlardan 45-i sınaq və 7-si kalibrlənmə laboratoriyası, 4-ü keyfiyyəti idarəetmə sistemlərini, 1-i personalı, 17-si oxşar məhsulları və xidmətləri sertifikatlaşdıran, 2-si isə inspeksiya xidmətləri göstərən orqanlardır.
Akkreditasiya edilən sertifikatlaşdırma orqanları tərəfindən hesabat dövrü ərzində 9797 uyğunluq sertifikatı verilib ki, onların 3918-u istehsal, 5582-si idxal, 115-i ixrac, 173-ü xidmət sahələrinə, 9-u isə istehsal proseslərinə aiddir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR