ABŞ İraqa əlavə qüvvələr göndərdi

ABŞ İraqa əlavə qüvvələr göndərdi
10:13 1 Yanvar 2020
24 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Bağdaddakı səfirliyinin əməkdaşlarına dəstək üçün İraqa əlavə qüvvələr göndərib.

Publika.az "TASS"a istinadən xəbər verir ki, ABŞ-ın müdafiə naziri Mark Esper bununla bağlı bəyanat verib.

O bildirib ki, Amerika vətəndaşlarının, bu ölkədəki hərbi və diplomatik heyətin təhlükəsizliyini, özünümüdafiə hüququnu təmin etmək üçün müvafiq tədbirlər görülüb: "Səfirliyin əməkdaşlarına dəstək üçün əlavə qüvvələr göndərdik. Hesab edirik ki, ev sahibi olan ölkənin qüvvələri bizim heyətimizin təhlükəsizliyini təmin edəcək. İraq hökumətini müvafiq beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq".

Nazirin sözlərinə görə, Pentaqon bu məsələ ilə bağlı Dövlət Departamenti ilə sıx işləyir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/300758.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR