ABŞ hərbçiləri Bağdadda etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib
Paylaş
73 baxış·1 dəq oxu
ABŞ hərbi qulluqçuları Birləşmiş Ştatların İraqdakı səfirliyinin binası qarşısına toplaşan nümayişçiləri qovmaq üçün etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib. "Report" xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı bildirib. Qeyd edilir ki, etirazçılar səfirlik binasının damını yandırmağa çalışıblar. Bu zaman ABŞ-ın hərbi qulluqçuları onlara qarşı gözyaşardıcı qaz tətbiq edib.