30-dan artıq avtomobilin iştirakı ilə yol qəzası olub, xəsarət alanlar var

30-dan artıq avtomobilin iştirakı ilə yol qəzası olub, xəsarət alanlar var
14:15 1 Yanvar 2020
80 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Meksikanın Nuevo-Leon ştatında təxminən 35 minik və yük avtomobilinin iştirakı ilə yol qəzası baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, qəza nəticəsində azı 10 nəfər xəsarət alıb. Bir neçə xəsarət alanı avtomobillərdən xilasedicilər xüsusi avadanlıqla çıxarmaq məcburiyyətində qalıblar.

Bildirilir ki, hazırda qəza baş verən yolda hərəkət hər iki istiqamətdə bağlanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3172046.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR