Ofisiant kimi çalışan fiziki şəxslərin vergi öhdəliyi

Ofisiant kimi çalışan fiziki şəxslərin vergi öhdəliyi
15:17 1 Yanvar 2020
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) aylıq 10 manat məbləğə Bakı şəhəri üçün 2 əmsalı tətbiq etməklə 20 manat sadələşdirilmiş vergi ödəməli və sadələşdirilmiş verginin ödənilməsi barədə qəbz almaqla öz vergi öhdəliklərini yerinə yetirməlidirlər.

Milli.Az xəbər verir ki, Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən AZƏRTAC-a bildirilib ki, bu zaman ofisiantla şadlıq evini işlədən vergiödəyicisi arasında əmək müqaviləsinin bağlanmasına zərurət yaranmır. Vergiödəyicisi "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz"i almaq üçün yazılı müraciət etdikdə, sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən ödəniş sənədini müraciətinə əlavə edir, elektron qaydada müraciət etdikdə isə ödənişi müraciətin edildiyi zaman elektron qaydada həyata keçirir. Həmçinin ödəniş sənədində vergiödəyicisinin VÖEN-i göstərilməlidir. Vergiödəyicisi hesablanmış sabit vergini tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra ona müvafiq olaraq kağız daşıyıcısında və ya elektron qaydada "Sabit verginin ödənilməsi haqqında qəbz" verilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/811269.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR