Roma Papası qadının əlindən vurdu - VİDEO

Roma Papası qadının əlindən vurdu - VİDEO
15:38 1 Yanvar 2020
61 Digər
Ölkə mətbuatı
A- A+

Roma Papası Fransisk əlini dartan qadını vurması ilə gündəmə gəlib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisənin videosu "CBS News"in Tvitter hesabında yerləşdirilib.

Papa Vatikanda katoliklərlə görüşü zamanı "Müqəddəs Pyotr" meydanında maneənin yanından keçərkən bir qadın onun əlindən tutub və buraxmaq istəməyib. Buna cavab olaraq Fransisk qadına bir neçə dəfə əli ilə vurub.

Sonra papanın keşikçiləri onun yanına yaxınlaşıb.

Sözügedən kadrlar sosial şəbəkələrdə marağa səbəb olub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/300784.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR