Bu barədə "Report" TASS-a istinadən verir.
"ABŞ səfirliyi kompleksinə hücumlara görə bütün ictimai konsul əməliyyatları sonrakı bildirişə qədər dayandırılıb. Bütün təyin edilmiş görüşlər ləğv olunur", - deyə səfirliyin çərşənbə günü yayılmış bəyanatında qeyd edilir.
ABŞ diplomatik missiyası Birləşmiş Ştatların vətəndaşlarına səfirlik ərazisinə yaxınlaşmamağı və yerli və beynəlxalq KİV-də dərc edilən regionda hadisələr haqqında məlumatları izləməyi məsləhət görüb. Qeyd edilir ki, ABŞ vətəndaşları vizalarvə başqa məsələlərlə bağlı Birləşmiş Ştatların Ərbildəkı Baş Konsulluğuna müraciət edə bilərlər.