Nümayişçilər ABŞ-ın Bağdaddakı səfirliyini tərk edib

Nümayişçilər ABŞ-ın Bağdaddakı səfirliyini tərk edib
03:28 2 Yanvar 2020
109 Digər
Ölkə mətbuatı
A- A+

İraqda İranın dəstəklədiyi "Əl-Həşd aş-Şaabi" qruplaşmasının tərəfdarları ABŞ-ın Bağdaddakı səfirliyini tərk edib.

Publika.az xəbər verir ki, qruplaşma tərəfdarlarını İraq hökumətinin çağırışına hörmətlə yanaşaraq ABŞ səfirliyi qarşısından geri çəkilməyə çağırıb. Xatırladaq ki, ABŞ ordusu İraqda raket zərbəsi nəticəsində amerikalı hərbçinin həlak olmasına cavab olaraq, "Hizbullah"ın İraqdakı qolu, "Əl-Həşd aş-Şaabi" qruplaşmasının tərkibində yer alan "Xətaib Hizbullah" dəstəsinin bazasını bombalayıb.Azı 25 silahlı həlak olub.

Qruplaşma tərəfdarları buna cavab olaraq, ABŞ-ın Bağdaddakı səfirliyinə hücum edib.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/300807.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR