ANAMA ötən ilin yekunları üzrə hesabat yayıb (FOTO)

ANAMA ötən ilin yekunları üzrə hesabat yayıb (FOTO)
03:43 2 Yanvar 2020
181 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) ötən ilin yekunları üzrə hesabat yayıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, 2019-cu il ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Bərdə, Cəbrayıl, Cəllabad, Daşkəsən, Füzuli, Goranboy, Göygöl, Gədəbəy, Kürdəmir, Lənkəran, Naftalan, Oğuz, Qaradağ, Qazax, Quba, Salyan, Samux, Şamaxı, Şirvan, Şəmkir, Tərtər, Tovuz, Ucar, Xaçmaz, Xızı, Xocavənd, Yevlax, Zaqatala rayonları və Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki şəhərləri ərazisində 9 059 900 m² (906 ha) ərazi yoxlanılmış, 4 637 ədəd partlamamış hərbi sursat (PHS), 32 ədəd piyada əleyhinə və 32 ədəd tank əleyhinə mina (cəmi: 4 701 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

2019-cu il ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng Mərkəzindən – 159 (yüz əlli doqquz), Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən – 37 (otuz yeddi), Dövlət Sərhəd Xidmətindən (DSX) - 43 (qırx üç), Rayon Polis Şöbələrindən (RPŞ) - 14 (on dörd), Rayon İcra Hakimiyyətindən (RİH) – 1 (bir) və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) - 1 (bir) müraciət daxil olmuşdur (cəmi çağırış: 255).

Müraciətlər əsasında Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Bərdə, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Xocavənd, Kürdəmir, Qazax, Quba, Lənkəran, Naftalan, Oğuz, Salyan, Samux, Şamaxı, Şəmkir, Şirvan, Tərtər, Tovuz, Ucar, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, şəhərləri ərazisində 196 268 m² ərazi təmizlənmiş, 1 955 ədəd partlamamış hərbi sursat (PHS), 12 ədəd piyada əleyhinə mina, 27 ədəd tank əleyhinə mina (cəmi: 1 994 ədəd), 28 717 ədəd müxtəlif çaplı patron və 44 ədəd tank əleyhinə təlim məqsədli mina aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilmişdir.

Agentliyin 21 ildən artıq fəaliyyəti ərzində 541 229 088 kv.m (54 122,91 ha) ərazi təmizlənmiş, 805 856 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilmişdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3172213.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR