Bakı. Trend:

İraqın paytaxtı Bağdadda hava limanı raket atəşinə tutulub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, 3 raket hava limanı yaxınlığına düşüb. Nəticədə azı 8 nəfərin öldüyü bildirilir.

Bildirilir ki, raketlərdən biri uçuş-eniş zolağına düşüb və bu səbəbdən hava limanı bağlanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin