Bakı. Elnur Bağışov - Trend:
General Süleymaninin qәtli tәhlükәli tәhrikedici addımdır.
Trend-in məlumatına görə, bunu İran xarici işlәr naziri Mәhәmmәd Cavad Zәrif Twitter sәhifәsindә yazıb.
M.C.Zәrif bildirib ki, ABŞ öz hәrәkәtlәrinin mәnfi nәticәlәrinin şahidi olacaq.
Qeyd edәk ki, İran İslam İnqilabı Keşikçilәr Korpusunun (SEPAH) generalı Qasim Süleymani ötәn gecә ABŞ helikopterlәrinin hücumu nәticәsindә İraqın paytaxtı Bağdadda aeroport yaxınlığında hәlak olub.
İran SEPAH-ı Süleymaninin ölümünü tәsdiqlәyib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin