İran nota verdi - Müvәqqәti işlәr vәkili Xarici İşlәr Nazirliyinә çağırıldı

İran nota verdi - Müvәqqәti işlәr vәkili Xarici İşlәr Nazirliyinә çağırıldı
10:42 3 Yanvar 2020
42 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın İrandakı maraqlarını qoruyan İsveçrә sәfirliyinin müvәqqәti işlәr vәkili İran Xarici İşlәr Nazirliyinә çağırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İran XİN-in mәtbuat katibi Abbas Musәvi Twitter sәhifәsindә yazıb.

A.Musәvinin sözlәrinә görә, müvәqqәti işlәr vәkilinә İranın sәrt notası tәqdim edilib.

Mətbuat katibi bildirib ki, general Süleymaninin ölümü ilә әlaqәdar notada ABŞ-ın mәsuliyyәt daşıdığı qeyd olunub.

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/815151.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR