“Report” xəbər verir ki, bu barədə qeyri-hüquqi və ixtiyari qəttlərə dair BMT-nin insan hüquqları üzrə ali komissarı ofisinin xüsusi məruzəçisi Aqnes Kalamar “Twitter” səhifəsində yazıb.
BMT rəsmisi bu məsələdə ABŞ-ın hərəkətlərinin müdafiədən çox qisas təəssüratı yaratdığını bildirib: “Süleymaninin fəal şəkildə planlar hazırlaması barədə ifadə istər semantik, istərsə də hərbi nöqteyi-nəzərdən maraqlıdır”.