İraq səlahiyyətliləri qətlə yetirilən İranın "Qüds" Qüvvələrinin komandanı Qasim Süleymani ilə bağlı açıqlama verib.
Publika.az xəbər verir ki, adlarını gizli saxlayan səlahiyyətlilər generalın cəsədinin paramparça olduğunu bəyan edib. Onlar bildirib ki, Qasim Süleymani üzüyündən tanınıb.
Qeyd edək ki, general və "Haşdi Şabi" silahlı qruplaşmasının komandir müavini Mehdi əl-Mühəndis ləqəbli Camal Cəfər İbrahiminin Bağdad hava limanında ABŞ raketlərinin hücumu nəticəsində öldürüldüyü iddia edilir.
Rəsmi Pentaqon əməliyyatın ABŞ prezidenti Donald Trampın göstərişinə əsasən keçirildiyini təsdiqləyib.