Rusiya Süleymaninin öldürülməsi ilə bağlı İrana başsağlığı verib

Rusiya Süleymaninin öldürülməsi ilə bağlı İrana başsağlığı verib
13:22 3 Yanvar 2020
73 Digər
Ölkə mətbuatı
A- A+

İraqda ABŞ-ın raket zərbəsi nəticəsində İran ordusunun generalı Qasım Süleymaninin ölməsi Yaxın Şərqdəki vəziyyəti daha da gərginləşdirəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) bildirib.
“ABŞ-ın Bağdad ətrafına endirdiyi raket zərbəsi nəticəsində Süleymaninin öldürülməsini bütün regionda gərginliyi artıracaq avantürist addım kimi dəyərləndiririk. Süleymani İranın milli mənafeyinə sədaqətlə xidmət edirdi. İran xalqına səmimi qəlbdən başsağlığı veririk”, - XİN-in açıqlamasında deyilir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/rusiya-i-rana-bassagligi-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR