Rusiya Süleymaninin öldürülməsi ilə bağlı İrana başsağlığı verib

İraqda ABŞ-ın raket zərbəsi nəticəsində İran ordusunun generalı Qasım Süleymaninin ölməsi Yaxın Şərqdəki vəziyyəti daha da gərginləşdirəcək.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib.

“ABŞ-ın Bağdad ətrafına endirdiyi raket zərbəsi nəticəsində Süleymaninin öldürülməsini bütün regionda gərginliyi artıracaq avantürist addım kimi dəyərləndiririk. Süleymani İranın milli mənafeyinə sədaqətlə xidmət edirdi. İran xalqına səmimi qəlbdən başsağlığı veririk”, - XİN-in açıqlamasında deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR