İsrailin baş naziri Yunanıstana səfərdən yarımçıq qayıdıb

İsrailin baş naziri Yunanıstana səfərdən yarımçıq qayıdıb
14:12 3 Yanvar 2020
63 Digər
Ölkə mətbuatı
A- A+

İsrailin Baş naziri Benyamin Netanyahu Bağdadda ABŞ hava qüvvələrinin zərbəsi nəticəsində “Sepah” generalı Qasım Süleymaninin həlak olması ilə bağlı Yunanıstana səfərini yarımçıq qoyaraq vətənə qayıdıb.
“Report” “Times of İsrael”ə istinadən xəbər verir ki, ötən gün qaz kəməri sazişi ilə bağlı Afinada səfərdə olan İsrail hökumət başçısı geri qayıdaraq, təhlükəsizliklə bağlı tədbirlər görüb və nazirlərə bu məsələ ilə bağlı mətbuata şərh verməməyi tapşırıb. 
Müdafiə naziri Naftali Bennet də hərbi rəhbəriklə vəziyyəti müzakirə edib. Ölkənin Suriya sərhədi yaxınlığındakı xizək kurortları bağlanıb.
Xarici İşlər Nazirliyi tərəfindən dünyadakı səfirliklər və nümayəndəliklərdə təhlükəsizlik tədbirlərini gücləndirmək təlimatı verilib.
Həlak olan “Sepah”ın “Qüds” xüsusi birləşməsinin komandiri general-mayor Qasım Süleymaninin Suriyadakı hərbi fəaliyyətlərində də mühüm rol oynadığı, onunla bir yerdə həlak olan şəxslərin də İraqda iranpərəst silahlı dəstələrin başçısı olduğu bildirilir.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-srailin-bas-naziri-yunanistana-seferden-yarimciq-qayidib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR