Tehranda aksiyalar başladı - Çoxlu sayda insan iştirak edir

Tehranda aksiyalar başladı - Çoxlu sayda insan iştirak edir
14:37 3 Yanvar 2020
106 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün İranın paytaxtı Tehran şәhәrindә aksiya keçirilir.

Aksiya iştirakçıları general Süleymaninin öldürülmәsini pislәyiblәr.

Milli.Az xəbər verir ki, bu barədə Trend Fars informasiya agentliyinә istinadәn mәlumat verib.

Aksiyada çoxlu sayda iranlı iştirak edir.

Aksiya iştirakçıları ABŞ әleyhinә sәrt şüarlar sәslәndirirlәr.

İranın Ali Milli Tәhlükәsizlik Şurası general Süleymaninin ölümü ilә әlaqәdar İranın dini lideri, prezidenti vә digәr rәsmilәrin iştirakı ilә әlaqәdar iclas keçirir.

İran parlamentinin Milli tәhlükәsizlik vә xarici siyasәt komissiyasının rәyasәt heyәtinin üzvü Hüseyn Nәqәvi Hüseyni Ali Milli Tәhlükәsizlik Şurasının iclasında verilәcәk hәr hansı qәrarla bağlı iclas keçirilәcәyini bildirib.

Qeyd edәk ki, İran İslam İnqilabı Keşikçilәr Korpusunun SEPAH generalı Qasim Süleymani ötәn gecә ABŞ helikopterlәrinin hücumu nәticәsindә Bağdad aeroportu yaxınlığında hәlak olub.

İranın SEPAH-ı Süleymaninin ölümünü tәsdiqlәyib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/815210.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR