Netanyahu Süleymaninin öldürülməsinə görə Yunanıstana səfərini təxirə salıb

Netanyahu Süleymaninin öldürülməsinə görə Yunanıstana səfərini təxirə salıb
16:57 3 Yanvar 2020
128 Dünya
Ölkə mətbuatı
A- A+

İsrailin Baş Naziri Binyamin Netanyahu Yunanıstana səfərini təxirə salıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Netanyahunun səfəri İran generalı Qasım Süleymaninin öldürməsi ilə əlaqədar təxirə salınıb.

Qeyd edək ki, cümə günü Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/815199.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı