“Report” “Haaretz”ə istinadən xəbər verir ki, Afinaya səfərindən yarımçıq qayıdan İsrail hökumət başçısı təyyarədə jurnalistlərə açıqlama verib.
O bildirib ki, Prezident Tramp sürətli, güclü, qətiyyətli hərəkət etdiyinə görə hər cür etimada layiqdir: "İsrail ABŞ-ın sülh, təhlükəsizlik, özlərini qorumaq uğrunda haqlı mübarizəsində onların yanındadır. İsrail özünü müdafiə etməkdə haqlı olduğu kimi, Birləşmiş Ştatlar da eyni hüquqa malikdir. Qasım Süleymani amerikalı vətəndaşların da, bir çox başqa günahsız insanların da ölümündə günahkardır, başqa hücumlar da hazırlayırmış”.