​Şimali Makedoniyanın Baş naziri Zoran Zaev istefa verib

Şimali Makedoniyanın Baş naziri Zoran Zaev istefa verib.

Metbuat.az Anadolu agentliyinə istinadən xəbər verir ki, hökumət başçısı aprelin 12-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı qanuna uyğun olaraq vəzifəsindən gedib.

Onun istefası parlamentdə təsdiq olunaraq, sənəd dövlət başçısına göndərilib. Müvəqqəti hökumət qurmaq səlahiyyəti Daxili İşlər naziri Oliver Spasovskiyə həvalə edilib.

Anar / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR