İrana müharibə elanından sonra, görün, hansı ölkələrə zəng etdi - DÜNYA ÇALXALANIR

İrana müharibə elanından sonra, görün, hansı ölkələrə zəng etdi - DÜNYA ÇALXALANIR
11:08 4 Yanvar 2020
67 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo İran İslam İnqilab Keşikçiləri Ordusunun Qüds Gücü konandanı Qasım Süleymaninin Bağdadda qətlə yetirilməsindən dərhal sonra İraq, Şimali İraq Kürd Muxtariyyəti, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin ali səlahiyyətli şəxslərinə zəng edib.

Publika.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Morqan Ortaqus açıqlayıb.

Açıqlamada Pompeonun İraq prezidenti bərham Saleh və İraq parlamentinin sədri Məhəmməd əl-Halbusi ilə yanaşı, ŞİKM-ın Baş naziri Məsrur Bərzani, Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Slaman və BƏƏ-nin Əbu-Dabi vəliəhd şahzadəsi Məhəmməd ibn Zayed əl Nəhyan ilə telefonda müzakirələr apardığı bildirilib.

Danışıqlar zamanı ABŞ və sözügedən ölkələrin əməkdaşlığından razılıq ifadə olunub.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi çərşənbə günü İran İslam İnqilab Keşikçiləri Ordusunun Qüds Gücü konandanı Qasım Süleymanini Bağdad Hava limanına təşkil olunan hücumda öldürüldüyünü açıqlamışdı.

Bütün dünya ABŞ-ın bu hücumunu İrana müharibə elanı kimi dəyərləndirir.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/300959.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR